Nəsiminin qəzəllər toplusu Moskvada

Nəsiminin qəzəllər toplusu Moskvada
calendar 18 iyun 2019
clock 13:41

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə rus dilində ərsəyə gətirilmiş “И стал Путем Истины я сам” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub.

Kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поезия вечной истины” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib.

Məqalədən sitat: “Böyük Azərbaycan şairi, filosof-mistik, bütün dövrlərin ən məşhur yeddi sufisindən biri. Hələ sağlığında Nəsiminin qəzəl və rübailəri bir çox dillərə tərcümə olunaraq Orta Asiya ərazisində, Türkiyədə və İranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edən şair sonradan ustadı – asket və mistik Fəzlullah Nəimi tərəfindən əsası qoyulmuş hürufizmə qoşulur.

Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda, onu Azərbaycan fəlsəfi şeirinin banisi də hesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütün yaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.

Moskva Yazıçılar Birliyinin “У Никитских ворот” nəşriyyatında çap olunan kitabın tərtibçisi və “Ön söz” müəllifi Püstə Axundovadır. /azertag.az/

# 1689 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news