Aytən Cavanşirin “Pərdələri çəkin” kitabı çap olundu

Aytən Cavanşirin “Pərdələri çəkin” kitabı çap olundu
calendar 13 oktyabr 2015
clock 10:43

Yazıçı Aytən Cavanşirin “Pərdələri çəkin” adlı üçüncü kitabı işıq üzü görüb. Kulisin məlumatına görə “Pərdələri çəkin” adlı kitab kino və musiqi ulduzlarının yaradıcılıqları, məhəbbət və ehtiras, uğur və uğursuzluqlarla dolu şəxsi həyatları haqqında topludur.

Əsasən, retro kino və musiqi həvəskarları üçün töhfə olan kitabda siz onlarla məşhurun həyat hekayətini oxuyacaq və bəlkə də, indiyə qədər tanımadığınız yeni-yeni ulduzları kəşf edəcəksiniz.

Bu kitabda Marçello Mastroyanni, Federiko Fellini, Domeniko Modunyo, Odri Hepbern, Nino Manfredi, Anna Manyani, Alen Delon, Anuk Eme, Adriano Çelentano, Frenk Sinatra, Ennio Morrikone, Nəsibə Zeynalova, Robert Hosseyn, Sofi Loren, Mişel Sardu, Jerar Depardye və digər onlarla dahi insanın həyat səhifələrini vərəqləyəcəksiniz, kino və musiqi fədailəri; gözəl, ancaq bədbəxt qadınlar, gözəl, amma qəddar qadınlar, qürurlu, fədakar və yalnız bir insanla xoşbəxt olmağı bacaran məşhurları tanıyacaq, onların sənət yolları və özlərinin həyat barədə fikirləri ilə tanış olacaqsınız.

# 1175 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news