Uzun incə bir yoldayam, canımda can...

Uzun incə bir yoldayam, canımda can...
calendar 21 yanvar 2016
clock 12:10

1990-cı ilin yanvarında qurdu “Yuğ”unu – “Yuğ”umuzu... İlk sözü “Salam” oldu... Salam, Vətən, dedi, yeni çağın mübarək, yeni adın mübarək, döz dedi “Oğul”, döz, hər şey düzələcək, azadlıq “Yol”undasan. Azadlığa “Açar”dır əzab-əziyyət, qurbanlar vermək... Əzizlərini başına yığdı, “Gəl, gedək” dedi, “Leyli demə” deyibəni “Dad” eləmə “Məcnun” kimi...

Düzələcək, görəcəksən, düzələcək... Hələ sən, “Bir-iki” yox, çox “Yuxu”lar görəcəksən. Görəcəksən ki, “Balaca Şahzadə”yə çevrilmisən... Onun kimi səmanın ənginliklərində “Sentimental vals”lar oynayırsan. Sıxma ürəyini, üzümüz “Gündoğan”adır. Hər şey yaxşı olacaq... Mən sənin əlindən tutacağam, hər zaman yanında olacağam, “Dürlü xəbərlər” verəcəyəm.

Bir anlıq dayandı, baxdı və dedi: Ey, “Güzgüdəki adam”, “Ağrı” səni öldürür, amma “Bircə qarış” qalıb, döz, alınacaq. “Solğun çiçəklər” kimi boynubükük axtardığın o “İtmiş saat”ını mütləq tapacaqsan. İnan mənə, inan və gözlə, “Efirdə görüşənədək”, gözlə...

“Also sie sind qe sommen”, yox, yox, “Əl faciə” deyil, “Ən gülməli ölü”m mənim, “Nəhayət ki, siz gəldiniz” deyirəm, gəlməyə bilməzdiniz, axı bu “Modus vivendi”dir... yaşam tərzimizdi... Bu “Sonuc” deyil hələ, “Finiş”dir. Əzablı-əziyyətli günlərimizin finişi...

“Cənab Ö”, məqamdır, “5-ci ölçü”nün məqamı. “Uzun incə bir yoldayam”, “Canımda can” olduqca yolumdan dönməyəcəyəm, sən də dönmə, “Otello”cum! “Zindan güşəsi”ndən “Üz tuturam tanrıya”, tanrım mənə bir ocaq ver – odum özümün, külüm özümün olsun, hamam olsun, qala olsun, hücrə olsun, nə olur olsun, yetər ki, olsun, mənim olsun. Oldu... o da oldu... Budur, “Sən həmişə mənimləsən”, mənim də olacaqsan. Gözün aydın, vətən, mənimsən, nəfəsimsən, ocağımsan, evimsən... “Dəvə yağışı” kimi əcaib yağsan da, şükür ki, yağırsan...

Sən “Can üstə” olanda “O susurdu” yenə də susacaq, dərd eləmə... Amma bir gün mütləq deyəcək, özünə verəcək bu sualı – nə baş verir “Axırdan sonra”? Hər nə baş versə də, əvvəl-axır anlayacaq. Anlayacaq ki, “O məni sevir”.

Budur, “Vəsl”inə yetir – “Birinci akt”ını qurur...

2016-cı ilin yanvarında üz tuturuq Salama, Allaha, Tanrıya... “Kafkadan salam” deyirik... İbrahimoğludan salam deyirik... Salam deyirik, vətənimizin dar günündə sevdiklərimizə. Hər zaman sizinlə olmuşuq, siz də bizimləsiniz – bu günümüzdə.

Üz tuturuq tanrıya...

# 1114 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news