Goranboyda səyyar kitabxanalar yaradılıb

Goranboyda səyyar kitabxanalar yaradılıb
calendar 1 iyun 2019
clock 09:57

Goranboy rayonunda ömründə belə kitaba yaxın durmayanlar həvəslə yeni yaradılmış səyyar kitabxanalara üz tuturlar.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy sakinlərində kitaba marağı daha da artırmaq məqsədilə bölgədə bir ilkə imza atılıb.

Rayon mərkəzinin küçə, meydan və istirahət məkanlarında səyyari kitabxanalar fəaliyyətə başlayıb. İlkin mərhələdə 4 belə səyyar kitabxana yaradılıb. İnsanların intensiv hərəkət istiqmətlərində fəaliyyət göstərən kitabxanalarda bədii, sənədli və siyasi ədəbiyyat nümunələri təqdim olunur. Kitab həvəskarları bəyəndiyi nümunələri götürərək istirahət etdiyi məkanda oxumaqla, digərləri isə ən azından varaqlamaqla asudə vaxtlarını mədəni şəkildə keçirirlər. Ən maraqlısı isə odur ki, ömründə belə kitaba maraq göstərməyən insanlar da səyyar kitabxanalara maraq göstərir, nümayiş olunan kitab guşələrinə yaxnlaşaraq ordakı ədəbiyyatlarla tanış olurlar.

Qeyd edək ki, səyyar kitabxanaların yaradılmasında maraqlı olan tərəflər bu cür kitabxanaların sayını artırmaq niyyyətindədir. Yaxın perspektivdə rayon mərkəzində, eləcə də rayonun iri yaşayış məntəqələrində əlavə bir neçə səyyar kitabxananın yaradılması nəzərdə tutulur.

# 2377 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news