Sumqayıda “Gənc Aşıq” musiqi festivalı-FOTOLENT

Sumqayıda “Gənc Aşıq” musiqi festivalı-FOTOLENT
calendar 17 mart 2014
clock 12:45

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Gənc Aşıq” Musiqi Festivalı keçirilib. Kulis.Azın məlumatına görə festival Nəriman Nərimanov adına mədəniyyət evində olub.

Giriş sözü ilə tədbiri açıq elan edən layihənin rəhbəri Lətafət Mürsəlova Gənclər Fonduna, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm İdarəsinə, Təhsil şöbəsinə layihənin reallaşmasında yardımçı olduqlarına görə minnətdarlığını bildirib. Lətafət Mürsəlova layihənin məqsədi barədə mətbuata açıqlamasında deyib ki, “festivalın məqsədi istedadlı gənc aşıqların həm üzə çıxarılması həm də onlara dəstək olmaqdır. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi”.

Festivalda gənc aşıq ifaçılarından Şəhriyar Kərimov, Elşən Qaraxanov, Səbuhi Məmmədov, Ceyhun Hüseynov, eləcə də aşıq Sahib İsmiyevin rəhbəri olduğu “Misri” və “Buta” qrupları, aşıq Elməddin Məmmədlinin “Pöhrə” aşıq ansamblı çıxış edib.

# 1652 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news