Habil Əliyev I Fəxri xiyabanda dəfn olundu YENİLƏNİB FOTO

Habil Əliyev I Fəxri xiyabanda dəfn olundu <span style="color:red;"> YENİLƏNİB FOTO
calendar 9 sentyabr 2015
clock 15:03

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev vida mərasimində bildirib ki, H. Əliyevin simasında Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib.

Nazir Habil Əliyevin özünə məxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açdığını diqqətə çatdırıb: “Habil müəllim öz ifaları ilə Azərbaycan musiqisini zənginləşdirib. Habil Əliyev öz peşəsinə fədakarcasına bağlı olan böyük sənətkar idi. O, Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təbliğ edib. Prezidentİlham Əliyev Habil Əliyevin vida mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün tapşırıq verib. Habil Əliyevin xatirəsi onu tanıyanların, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin”.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib: “Xalqımız ona Habil Kamal deyirdi. Bu, xalqın ona sevgisi idi. Habil Əliyev kamançanı müşayiət edən alətdən solo alətə çevirdi. Eşitmədiyimiz səsləri, ən gözəl tembrləri bizə göstərdi. İnanıram ki, Habilin gözəl sənəti həmişə bizimlə olacaq və biz ondan hər zaman qidalanacağıq".

Xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov, Arif Babayev və başqaları da Habil Əliyev haqqında xatirələrini danışıb, onun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd ediblər.

Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.

H. Əliyev I Fəxri xiyabanda dəfn olunub.

# 1188 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news