Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir

Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir
calendar 2 oktyabr 2017
clock 10:08

Oktyabrın 1-də “CinemaPlus Azerbaijan” kinoteatrında ABŞ-ın ölkəmizdəki səfirliyi, “Desperado” musiqi məktəbi və “Azerbaijan Alumni Association”un dəstəyi ilə 4-cü Azərbaycan Gənclər Film Festivalının açılışı olub.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Haydi Smit çıxış edərək əsas məqsədlərinin iki ölkə arasında qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarət olduğunu bildirib. O deyib ki, builki film festivalı da bu istiqamətdə atılan addımlardan biridir və ölkəsi belə layihələrin həyata keçirilməsindən qürur duyur.

Azərbaycanlı gənc rejissorların çox istedadlı olduğunu vurğulayan festivalın direktoru Mayk Reyborn onların gələcəkdə amerikalı rejissorlarla birgə beynəlxalq festivallarda uğurlar əldə edəcəklərinə əminliyini ifadə edib. O bildirib ki, builki festivalda 40-dan çox gənc azərbaycanlı rejissorun ekran işi nümayiş olunacaq və sonda üç qalib filminin müəllifi mükafatlandırılacaq.

Kann Film Festivalının iştirakçısı, rejissor Pablo Mahave isə hazırda informasiya texnologiyaların inkişafı ilə əlaqədar telefon vasitəsilə də yüksək keyfiyyətli filmlərin çəkilişinin mümkünlüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bu yaxınlarda “iPhone”la çəkilən film beynəlxalq film festivalının qalibi olub.

Daha sonra qaçqın və məcburi köçkünlərə həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub.

Qeyd edək ki, festivalın builki mövzusu “Öz hekayəni danış”dır.

Oktyabrın 3-dək davam edəcək festivalda Azərbaycan, Amerika və Avropa istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.

Festivalda bölgələrdən - Gəncə, İmişli, Quba, Xaçmaz, Balakən və Zaqataladan olan gənc rejissorların filmləri də birincilik uğrunda mübarizə aparacaq.

Festival çərçivəsində ustad dərslərinin təşkili də nəzərdə tutulur.

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news