Orhan Pamuk qadağası İranı bir-birinə vurdu

Orhan Pamuk qadağası İranı bir-birinə vurdu
calendar 15 may 2018
clock 10:31

Orhan Pamuk əsərlərindən bəzilərini nəşr edən Kaknüs nəşriyyatının dəvəti ilə Tehran Beynəlxalq Kitab Festivalında iştirak etmək üçün Tehrana gedib.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə onun gəlişinə etiraz edən İran Parlamenti Mədəniyyət Komissiyasının üzvü Nəsrullah Peymanfer olub.

O, tədbirlərin ləğv edilməsi üçün çağırış edib. Bu çağırışdan sonra Pamukun proqramları ləğv edilib. Orhan Pamuku dinləməyə gələn iranlılar tədbirin keçiriləcəyi yerin qapısında “ləğv edildi” yazısı ilə rastlaşıblar.

Bu hadisələrdən sonra İran Sazendegi qəzeti Orhan Pamukun şəklini manşetdən verib. Azərbaycanda da əsərləri çap olunan iranlı yazar Mustafa Məstur, Orhan Pamukun Tehrandakı proqramlarının ləğv edilməsinə sosial media hesabından etiraz edib. Məstur paylaşımını “Mən iranlı bir yazar olaraq bir türk yazara bu şəkildə davranılmasından öz adıma utanıram” sözləri ilə bitirib.

Pamukun səfər çərçivəsində yerli geyimlə şəkil çəkdirməsi də nəzərlərdən yayınmayıb.

# 1050 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news