Cavanşir Yusiflinin tərcüməsində yeni kitab

Cavanşir Yusiflinin tərcüməsində yeni kitab
calendar 29 iyul 2019
clock 09:33

Tənqidçi-ədəbiyyatşünas, tərcüməçi Cavanşir Yusiflinin tərcüməsində yeni kitab işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çap olunan kitab Marqaret Ətvudun “Yanmış evdə səhər yeməyi” seçmə şeirlər toplusudur.

C.Yusiflinin ingilis dilindən çevirdiyi Marqaret Ətvud müasir dünya ədəbiyyatının xarakterinə yeniliklər gətirmiş qələm sahibidir. Onun poeziyası nəsri və esse yaradıcılığı, habelə ədəbi tənqid fəaliyyətindən ayrılmaz olsa da, mahiyyətcə çox fərqlidir. Bu fərq hər şeydən öncə yazı manerasında, bəsirət gözüylə gördüklərini poetik “montaj” içindən keçirə bilmək bacarığında ifadə olunur.

Obraz ilğımlar içindən keçir və oxucunun təsəvvüründə tam başqa biçimdə görünür və ona sirli şeylər anladır. Bu təsadüfdə həyatı ərszin hər tərəfinə dağılmış rənglər içində görürük.

“Yanmış evdə səhər yeməyi” toplusunda ön söz və poetik mətnlər iki dildə - həm orijinalda, həm də öz dilimizə olunur.

Toplu “Mütərcim” nəşriyyatında çap edilib. Naşir və redaktor S.Babullaoğludur.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news