“Mədəniyyət” qəzetinin baş redaktoru dəyişdi

“Mədəniyyət” qəzetinin baş redaktoru dəyişdi
calendar 1 fevral 2018
clock 17:09

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub. APA-nın məlumatına görə, nazir Əbülfəs Qarayevin əmri ilə Vüqar Əliyev “Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

Vüqar Əliyev 1970-ci ildə anadan olub. 1992-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən “Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb.

# 1207 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news