Kinorejissor Əjdər İbrahimovun xatirəsi anılıb

Kinorejissor Əjdər İbrahimovun xatirəsi anılıb
calendar 29 oktyabr 2019
clock 18:40

Görkəmli kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimovun bu il anadan olmasının 100 ili tamam olub.

Bu münasibətlə oktyabrın 29-da kino ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib və xatirəsini ehtiramla anıblar.

Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O, Əjdər İbrahimovu özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan sənətkar kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan sənətkar çəkdiyi hər bir ekran əsəri ilə minlərlə tamaşaçının kino zövqünü formalaşdırıb.

Qeyd olunub ki, 1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gələn rejissor 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. Burada Sergey Yutkeviç və Mixail Rommdan kinematoqrafiyanın sirlərini öyrənib.

1952-ci ildə yenidən Aşqabada qayıdıb, “Türkmənfilm” kinostudiyasında "Firuzə", "Xəzərin şərqində" və digər filmlərə quruluş verib.

Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə Bakı kinostudiyanın birgə istehsalı olan "Bir məhəllədən iki nəfər" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Rejissorun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri lentə alınıb.

Sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri ilə böyük şöhrət qazanıb.

Keçmiş ittifaqın nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub. /azertag.az/

# 2117 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news