«Ədəbiyyat adamları»na mükafatlar təqdim olunub - Fotolar

«Ədəbiyyat adamları»na mükafatlar təqdim olunub - Fotolar
calendar 16 may 2019
clock 09:30

Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib, bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov mükafat barədə məlumat verib. Qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır.

Daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, ötən il mükafata layiq görülmüş tənqidçi-esseist Seyfəddin Hüseynli çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, tənqidçi-ədəbiyyatşünaslardan Mehman Qaraxanoğlu və alim Vaqif Yusifli layiq görülüblər.

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news