Ölkəmizdə iki beynəlxalq foto müsabiqəsi keçirilir

Ölkəmizdə iki beynəlxalq foto müsabiqəsi keçirilir
calendar 20 iyul 2018
clock 10:17

“Gilavar” Azərbaycan Foto Klubunun (Gilavar Photo Club of Azerbaijan) təşkilati dəstəyi ilə ölkəmizdə iki beynəlxalq foto müsabiqəsinə start verilib. Müsabiqələr Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilir.

Müsabiqələrin keçirilməsində məqsəd ölkəmizdə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrində iştirak etmələrinə dəstək vermək və fotolar vasitəsilə Azərbaycanı dünyada təbliğ etməkdir.

“Azerbaijan Photo Salon” və “Baku-2018” adlanan foto müsabiqələrdə dünyanın istənilən ölkəsindən 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Sərbəst rəngli və ağ-qara, insan, səyahət, təbiət, və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.

Müsabiqənin ən yaxşılarına medallar və xüsusi lentlər təqdim olunacaq. Qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, “Gilavar” Photo Club of Azerbaijan” 2017-ci il dekabrın 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən vebsaytı (www.gilavar.net) və “Facebook” sosial şəbəkəsində səhifəsi mövcuddur. /azertag/

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news