Vladimir Sorokinin avtobioqrafik kitabı çap olunub

Vladimir Sorokinin avtobioqrafik kitabı çap olunub
calendar 31 avqust 2019
clock 11:28

Rus postmodernist yazıçısı Vladimir Sorokin oxucularına yeni kitab təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə,“Normal tarix” adlandırdığı esselər kitabına yazıçının 2010-cu illərdə yazdığı esselər daxil edilib.

Bədii olmayan mətnlərdə müəllif öz sevimli mövzusunu davam etdirir: mətnlərdə yemək və içkinin milli xarakteri necə əks etdirməsindən danışılır. Bundan başqa mətnlərdə Sorokini yazıçı kimi formalaşdıran 80-ci illər ədəbi mühiti də təsvir olunub.

Şərhçilərin yazdığına görə, həmçinin kitabda müsahibələr verməyən, publıikadan qaçan Sorokinin özü haqqında məlumatlar da tapmaq olar. O, rəssamlıqdan necə yazıçılığa gəlməsini həmçinin yenidən kətana qayıtmasını, Yaponiyadakı həyatını, qızlarının dünyaya gəlməsini, xokkey və kino haqqında fikirlərini bu esselərdə təsvir edib. Tənqidçilər bunu yazıçının ilk açıq abtobioqrafik kitabı hesab edirlər.

Xatırladaq ki, yaxın günlərdə yazıçı haqqında çəkilmiş "Sorokin trip" adlanan ilk sənədli film də tamaşaçılara təqdim olunacaq.

# 2107 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news