Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib

Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
calendar 21 may 2019
clock 16:05

2018-ci ildə incəsənət xadimlərinə verilən Prezident mükafatlarının məbləği bəlli olub.

ONA-nın məlumatına görə, ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, incəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi üzrə 2018-ci ildə nəzərdə tutulmuş vəsaitin icrası 902,9 min manat təyinata qarşı 898,6 min manat və ya 99,5 faiz olub. Bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 116,1 min manat və ya 14,8 faiz çoxdur.

Vəsait Azərbaycan Respublikası Prezidentinin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 06. 05. 2015-ci il tarixli, 1214 nömrəli Sərəncamına əsasən, incəsənət xadimlərinə mükafatın verilməsi üçün istifadə edilib.

“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

# 1911 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news