Azərbaycan oktyabrın 11-dən 15-dək keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniyanın Frankfurt-Mayn şəhərinə səfər edəcəklər.
Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır.
- Doğum günü almaları - Günün hekayəsi
- Məşhur aktrisa vəfat etdi
- Axı bu payızda təzə nə var ki… - Yeni hekayə
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə sərgi-yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək.
Oktyabrın 12-də milli pavilyonda "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" və "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu qədimi əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzularında məruzələr səsləndiriləcək.
Oktyabrın 13-də isə "Azərbaycan Almanların gözü ilə", "Azərbaycanlılar Almaniyada – diaspor nümayəndələrinin təəssüratları" mövzularında müzakirələr baş tutacaq, Dr. Rahim Şimitin “Mədəniyyətlərarası Təbabət və Kommunikasiya" adlı kitabının təqdimatı keçiriləcək.