Seymur Baycan: “Nizamini, Seyid Əzimi görmək istəmirəm”

<b><span style="color:red;">Seymur Baycan:  “Nizamini, Seyid Əzimi görmək istəmirəm”</b>
calendar 30 avqust 2017
clock 12:17

Yazıçı Seymur Baycan Naxçıvanda hazırlanan, “Oxunması zəruri olan kitabların siyahısı”na münasibətini bildirib.

Kulis.az onun açıqlamasını təqdim edir:

“Siyahı olduqca natamam, qarışıq siyahıdı. Adam oturub qəsdən belə qarışıq siyahı düzəltmək istəsəydi beləsi heç cürə alınmazdı. Hiss olunur ki, siyahını hazırlayan boz, ürəksıxan, bununla belə özünü hədsiz dərəcədə ağıllı hesab edən adamdı. Tam səmimi deyim ki, həyatımda belə qarışıq kitab siyahısı oxumamışam. Bundan əlavə siyahıda xeyli gərəksiz müəllif və əsər adları var. Məsələn, mən ümumiyyətlə hər hansı bir siyahıda Nizamini, Seyid Əzim Şirvanini görmək istəmirəm. Nizamini, Füzulini, Seyid Əzimi, Nəsimini, Xaqanini və bu kimi ağır kişilərin şeirlərini, əsərlərini dərsliklərdən çıxarmaq lazımdır. Onları ancaq mütəxəssislər, muğam ustaları zad oxumalıdırlar. Uşaqlar qiymət almaq üçün ağır, başa düşmədikləri şeirlər əzbərləyirlər. Hətta deyərdim, ağır şeirlər onları qorxudur. Azərbaycan məktəblisinin Füzuli, Seyid Əzim, Xəqani nəyinə gərəkdi? Yalandan onları dərsliklərdə saxlamağın bir mənası varmı?”

# 1033 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news