"O kişilərin yerinə utanıram" – Elza Seyidcahan kimləri məhkəməyə verir?

<b>"O kişilərin yerinə utanıram" – <span style="color:red;">Elza Seyidcahan kimləri məhkəməyə verir? </b>
calendar 18 iyul 2017
clock 13:18

“Benzin” şeirini mənim adımdan paylaşan saytları məhkəməyə verəcəm.” Bu barədə Kulis.aza açıqlamasında müğənni Elza Seyidcahan bildirib.

O daha sonra əlavə edib ki, “Benzin” şerini yazmayıb, kimlərsə qəsdən onun adından bunu paylaşıblar: “Belə hallar dəfələrlə olub. Mənim adımdan şeir paylaşıblar, buna göz yummuşam, bu dəfə belə olmayacaq. Daha səbrim tükənib. Mən o səhifələri məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam, həmin saytlar məsuliyyətsizliyə görə qoy gəlib məhkəmədə cavab versinlər. Utanmırlar, mənim adıma iftira yaxılar, mənim adımla özlərinə oxucu qazanmaq istəyirlər. Belələri öz həyatında uğur qazana bilməyən adamlardı, mənim uğurlarımı qısqanırlar. Saytlar mənim adımdan şər-böhtan yazırlarsa ayıb olsun onlara.”

Elza Seyidcahan Facebookda onu tənqid edənlərə də münasibət bildirib: “Facebookda kimi tənqid etmirlər ki. Hamını tənqid edirlər. Buna da normal yanaşıram. Mən uğurlu bəstəkaram, uğurlu şairəm, uğurlu müğənniyəm, uğurlu fotomodeləm, uğurlu aktrisayam, uğurlu anayam, uğurlu qayınanayam, uğurlu nənəyəm, qeyrətli Azərbaycan qadınıyam. Facebbokdakı o kişilərin yerinə utanıram ki, qeyrətli bir Azərbaycan qadınını tənqid etməklə təsəlli tapırlar. Bəzi “qeyrətsiz” kişilər əlbəttə ki, qeyrətli Azərbaycan qadınını qısqanacaqlar. ”

Elza Seydicahan sonda onu da bildirib ki, şeirlərindən ibarət kitab hazırlanır. Bu yaxında çap olunacaq.

# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news