Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tədbir keçirildi

Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tədbir keçirildi
calendar 8 iyul 2022
clock 14:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Şeir məclisinin günəşi” adlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə X.Natəvanın həyat və yaradıcılığından, eləcə də ədəbi məclisləri haqqında danışılaraq şairəyə həsr olunan bir sıra belə tədbirlərin keçirildiyi vurğulanıb. Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov kitabxanaya kitab təqdim edib.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yiğitoğlu “Xurşidbanu Natəvan Nizami muzeyində” adlı məruzə ilə çıxış edib.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Gülnar Əqiq Cəfərzadə "Qarabağ ədəbi mühitinin inkişafında Xurşidbanu Natəvanın rolu" mövzusu ilə çıxış edib.

Tədbirin bədii hissəsində X.Natəvanın qəzəlləri səsləndirilib.

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news