Zibillikdən tapdığı rəsmin qiyməti 26 min dollardan çoxdur

Zibillikdən tapdığı rəsmin qiyməti 26 min dollardan çoxdur
calendar 26 sentyabr 2024
clock 11:30

11 yaşlı Met Vinterin zibillikdən tapdığı İntibah dövrünə aid qravür Almaniyanın məşhur Renessans rəssamı Albrext Dürerin əsəri olub.

Kulis.az xəbər verir ki, bu nadir əsərin dəyəri 26 min dollardan çoxdur.

Nadir Kitablar Hərracının meneceri Cim Spenser verdiyi açıqlamada deyib:

"Dürerin əsərlərinin sonrakı dövrlərdə çəkilmiş nüsxələrini və ya fərqli texnika ilə hazırlanmış çaplarını dəfələrlə görmüşəm, orijinal əsərlərinə ancaq muzeylərdə rast gəlmişəm"

Qeyd edək ki, 1471-ci ildə anadan olan Albrext Dürer bütün zamanların ən böyük rəssamlarından biri hesab olunur. Dürer Leonardo da Vinçinin müasiri idi və onun əsərləri Rafael və Titian kimi rəssamlara dərindən təsir edib. O, rəsmlər çəksə də, ən qalıcı əsərləri onun bədii ustalığını vurğulayan inanılmaz dərəcədə detallı mis lövhə qravüralarıdır.

Ülvi Bahadır

# 566 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news