Kulis.az Xalq şairi Süleyman Rüstəmin "Bilməz" şeirini təqdim edir.
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Kim ki, qəlbiylə sənə bağlı deyilsə, könül,
Gecə-gündüz başı üstündə onun əs, bilməz.
- Musiqili Teatr Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...
- test basliq
Eşqi əyləncə bilən nazlı gözəllər var ki,
“Sevirəm” söylə, aləmə sal səs, bilməz.
Deyirəm, sevgili cananıma bu can qurban,
Canı qurban deməyən eşqi müqəddəs bilməz.
Rüstəmin ondakı canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs, bilməz!