AYB sədri ən yaşlı Anar deyilmiş! - FOTOFAKT

AYB sədri ən yaşlı Anar deyilmiş! - FOTOFAKT
calendar 1 iyul 2011
clock 11:24
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır.

Bu barədə yazıçının bioqrafiyasından tutmuş, az qala “Anar” sözünün işləndiyi bütün yazılardan məlumat əldə etmək mümkündür.

Anarın Vikipediya müstəqil ensiklopediyasında yayımlanan bioqrafiyasında da bu barədə məlumat əldə etmək mümkündür.

Həmin məlumatda həmçinin bildirilir ki, sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər.

“Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") felindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.”

Lakin Kulis.az bu günlərdə çox maraqlı faktla əldə edib.

Müəllifi Məmməd Cəfərli olan “Azərbaycan Legion Ədəbiyyatı” kitabının 67-ci səhifəsində “Anar” imzası ilə 1944-cü ildə yazılmış “Qılınc” adlı dram çap olunub.

Təbii ki, 1938-ci ildə anadan olan AYB sədri Anarın 6 yaşında dram yazması mümkün deyildi. Əgər müəllif “Legion Ədəbiyyatı“nda təqdim olunubsa, deməli AYB sədrindən ən azı 15 yaş böyük olmalıdır.

Bu isə o deməkdir ki, Azərbaycanda ilk Anar bizim tanıdığımız Anar deyil.

Təbii ki, dövrün ağır şərtlərini nəzərə alıb kiminsə “Anar” təxəllüsü altında yazma ehtimalını da dəyərləndirmək lazımdır.

Amma bu barədə hələlik əlimizdə heç bir fakt yoxdur.

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün, Kulis.az məsələnin araşdırmasını davam etdirəcək.


Vüqar QURDQANLI
# 1850 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news