Kulis.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbər görə, yazıçı Peter Sekirinin Çexovun ailəsinin, qohumlarının və dostlarının tutduqları gündəliklər, yazdıqları məktubları toplayaraq “Çexovun xatirələri” adlı kitab yazıb.
- "Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq" - Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi
- Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparıldı
- “Tanrı quşu gəlmədi” - Premyera
Kitabda göstərilir ki, artıq yataq xəstəsinə çevrilən Tolstoyu Qaspra şəhərində ziyarət edərkən Çexovla onun arasında qəribə dialoq olub.
Ziyarətin sonunda Çexov durub gedərkən Tolstoy ona deyib: “Yanıma gəl və məni sonuncu dəfə öp”.
Çexov əyilərkən Tolstoy onun qulağında bu sözləri pıçıldayıb: “Bilirsən da, sənin pyeslərindən zəhləm gedir. Şekspir də pis şair idi. Sənin pyeslərin onun pyeslərindən betərdir”.
P.S. Amma Çexov Tolstoydan çox yaşadı...
Günel ƏSGƏRZADƏ