Elşən Rüstəmov Mirzə Fətəli olacaq
Bu dəfə “Səbuhi” yox, “Sübhün səfiri”
“Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişinə hazırlıq gedir. Filmin reyissoru Ramiz Həsənoğlunun
Kulis .az-a verdiyi məlumata görə ssenari Anara məxsus olan film Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına bəhs edir. Həm də ədibin 200 illiyinə həsr olunub. .
Filmə artıq rol bölgüsü aparılıb. Yalnız Mirzə Fətəli Axundov obrazına Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmov təsdiq olunduğundan rejissor onun adını açıqladı.
Qalan obrazlara Rasim Balayev, Fəxrəddin Manafov, Məlahət Abbasovanın adları hallansa da nə rejissor, nə də operator Kənan Məmmədov təsdiq olunmayan adları açıqlamadılar.
Filmin çəkilişlərinə iyul ayında start veriləcək. Çəkilişlər, Bakıda, Şəkidə və İstanbulda aparılacaq. Filmin texniki adı “Sübhün səfiri”dir.
Xatırladaq ki, Mirzə Fətəli Axundov barədə “Azərbaycanfilm” 1941-ci ildə də “Səbuhi” adında film çəkib. Həmin filmin ssenarisini Mikayıl Rəfili yazmışdı, rejissoru isə Rza Təhmasib olub. Mirzə Fətəli Axundov rolunu isə İsmayıl Dağıstanlı ifa edib. Tubu rolunda Leyla Bədirbəyli olub. Həmin filmdə Kazım Ziya Ələsgər Şərifov, Ağadadaş Qurbanov kimi sənətkarlar çəkiliblər.
“Səbuhi” filminin indi texniki bərpaya ehtiyacı var.
Ramilə Qurbanlı

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024