İnqilab turistlərin xoşuna gəlmir
Misir hökumətinin turist sənayesini yenidən gücləndirmək səyləri nəticəsiz qalır.
Kulis.azın “La Repubblica” qəzetinə istinadən verdiyi xəbərə görə, Misirin yeni rəhbərliyi yanvarda ölkəni tərk edən turistləri yenidən ölkəyə cəlb etməyə çalışır.
Buna baxmayaraq ölkəyə turist axını azalıb. Arxeoloji zonanın rəhbəri Sakkara Səbri Fərəcinin sözlərinə görə, keçən il Misirə gün ərzində 3 min turist gəldiyi halda, indi 250 turist gələndə özümüzü xoşbəxt hiss edirik:
“Turizm sənayesinin “Misir baharının” qurbanı olması inqilabın əvvəlində bəlli idi. Inqilabın başlandığı 3 gün ərzində ölkədən 250 min turist getdi. Bundan başqa fevral ayına sifariş edilmiş turların ləğvi 825 milyon dollar ziyan vurdu. Mərkəzi Statistik Komisyanın məlumatına görə bu ilin birinci yarısında Misirə 1,9 milyon turist gəlib ki, bu da keçən illə müqayisədə 46 faiz azdır. Yeni turizm naziri Munir Fəxri Abdelnur deyir ki, inqilab turistlərin xoşuna gəlmir.
Rəna Nevzat
Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024