Asif Ata Ocağında “Yas törəni” - FOTOSESSİYA

Asif Ata Ocağında “Yas törəni” - FOTOSESSİYA
calendar 4 avqust 2011
clock 14:35
Avqustun 3-də Asif Ata ocağında “Yas törəni” keçirilib.

Əslində, ənənəvi mərasimlərdən fərqli olacağına inandığım üçün törənə qatıldım. İçəri girəndə yas sahibinə necə başsağlığı verəcəyimi bilmədim və “Allah rəhmət eləsin!” - dedim...

Təxminən 30-a yaxın adam yığışmışdı, onların böyük əksəriyyəti törənə dəvət olunanlar idi, yəni Ocaqla əlaqəsi yox idi.

Vəfat edən xanım idi, tədbirin gedişatında öyrənə bildim ki, adı Zöhrə olub. İslam dininə bağlı olan Zöhrə xanımın qızları Nurtəkin və Üstün Asif Ata Ocağına tapınıblar. Zöhrə xanımı bu tədbirdən 5 gün əvvəl müsəlman qaydaları ilə dəfn ediblər. İndi isə qızları öz inanclarına görə törən hazırlayıb.

Törəni Asif Ata ocağının Yükümlüsü Soylu Atalı açdı. Ocağın Bayrağının gəldiyini elan etdikdən sonra çıxışına başladı. Asif Ata fəlsəfəsində “Yas törəni” barədə məlumat verdi. Onun sözlərindən məlum oldu ki, bu törən ocağın başqa törənlərindən fərqlidir. Çünki mütəmadi olaraq formalaşır.

Daha sonra Zöhrə xanım barədə xatirələr və xoş sözlər səsləndirildi, Rafiq Tağı, Vüqar Bəyturan, Əkbər Qoşalı çıxış etdilər.

Mərasimin sonunda Günel Atalı törənin qaydasına uyğun olaraq Asif Atanın yazdığı “Mütləq İzharı”nı oxudu.

Vüqar Qurdqanlı
# 1602 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news