Hitlerin yeni rəsm əsəri tapıldı

Hitlerin yeni rəsm əsəri tapıldı
calendar 9 avqust 2011
clock 11:48
Bu günlərdə “Daily Mail” qəzeti nasist lider Adolf Hitlerin çəkdiyi bir rəsmin fotosunu dərc edib

Şəkildə güzgü qarşısında əyləşmiş mələk və ətrafında çoxlu “ürək” şəkilləri təsvir olunub.

Nə qədər təəccüblü olsa da, bu “ürəkoxşayan” rəsmi Hitler çəkib, özü də ən sadiq müttəffiqlərindın biri – Hermann Esserin arvadının ad gününə yolladığı açıqcada!

1939-cu ildə göndərilən açıqcada Hitler şəklin adını “Frau Esser”, yəni “Adamyeyənin arvadı” olaraq qeyd edib.

9.5 x 3.5 ölçüsündəki açıqca bir kolleksiyaçı tərəfindən hərraca çıxarılıb və onun ən az 6 min funt sterlinqə satılacağı gözlənilir.

Araşdırmaçılar rəsmin 1939-cu ilin yanvar ayında çəkildiyini bildiriblər. O vaxtlarda isə Hitler artıq yəhudilərin öldürülməsi ilə bağlı qərarını dəqiq vermişdi. Hətta dostu Hermann Esserin də “Dünyada yəhudi vəbası” adlı kitabı nəşr olunmuşdu.

Göründüyü kimi, ən qəddar liderlər belə, oturub çoxlu ürək, mələk, buludlar və s. çəkə bilərmişlər.

Partiya quruculuğundan fürerə kömək edən Hermann Esser Hitler tərəfindən o qədər də sevilən insan olmayıb. Hitler onun haqqında: “Mən bilirəm ki, o alçaqdır. Amma onu özümdən mənə lazım olduğu müddətcə ayırmayacam” - deyib.

Günel Əsgərzadə
# 1689 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news