Anna Frankın gündəliklərini oxumaq cəzası

Anna Frankın gündəliklərini oxumaq cəzası
calendar 9 sentyabr 2011
clock 11:23
Almaniyada Kassel Sülh məhkəməsinin bir hakimi həddən artıq sağçı simvollardan istifadə edən 16 yaşlı qıza II Dünya müharibəsində həyatını itirmiş yəhudi əsilli Anna Frankın gündəliyini oxumaq cəzası verib.

Kulis.az “Bild” qəzetinə istinadla bildirir ki, sözügedən qız daha iki nəfərlə birlikdə Sol Partiyaya aid 33 afişada xaç şəkli və “SS” hərflərini yazdığına görə belə bir cəza alıb.

Hakim gənc qızı düşünməyə vadar etmək üçün yeniyetmədən 10 gün müddətində “Anna Frankın gündəliyi”ni oxuyub, kitab haqda yazı yazmasını istəyib.

Məhkəmənin sözçüsü məqsədin gənc nəslə cəza vermək deyil, öyrətmək, tərbiyələndirmək olduğunu və gəncin bu kitabı oxuyub nəticə çıxaracağına ümid etdiyini deyib.

Gənc qız isə məhkəmədəki ifadəsində heç “SS” hərflərinin nə mənası olduğunu belə bilmədiyini bildirib.

Frank ailəsi Hitlerin yəhudi soyqırımından canlarını qurtarmaq üçün iki il gizli bir sığınacaqda yaşayıblar. İki il ərzində 13 yaşlı Anna Frank hər gününü gündəliyinə yazıb. Sığınacağın yerinin tapılması ilə ailə sürgünə yollanıb və az bir müddətdə anası, bacısı və özü ölüb. Sağ qalan atası qızının gündəliyini dəfələrlə oxuduqdan sonra çap etmək fikrinə düşüb və beləcə, kitab bestseller olub. Dünyanın 60 dilinə tərcümə olunub.

Günel ƏSGƏRZADƏ
# 1175 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news