Mixalkov filmini Oskara namizəd elan etdi

Mixalkov filmini Oskara namizəd elan etdi
calendar 22 sentyabr 2011
clock 16:13
Rusiyadan “ən yaxşı xarici film” nominasiyasında Oskara Nikita Mixalkovun “Günəşdən yorulanlar-2” filmi iddia edəcək.

Bu barədə Rusiya Oskar komissiyasının üzvü Kirill Razloqov məlumat verib.

Razloqovun sözlərinə görə, “Günəşdən yorulanlar-2” ümumilikdə üç film arasından seçilib: “Digər namizədlər -Andrey Zvyagintsevin “Yelena” və Aleksandr Sokurovun “Faust” filmlərinin isə nominasiyaya düşmək şansları yox idi”.

Komissiyanın qərarı ilə razılaşmayan bəzi üzvlər məsələyə yenidən baxılmasının tərəfdarıdılar.

Rusiya Oskar komissiyasının üzvlərindən biri rejissor Vladimir Menşov isə iclasın protokolunu imzalamaqdan imtina edib. O, iclasa qatılmayan digər 3 komissiya üzvünün iştirakını vacib sayıb.

Qeyd edək ki, Rusiyanın Oskar komissiyasına N. Mixalkovun qardaşı Andrey Konçalovski və Nikita Mixalkovun özü də daxildir.

Rejissorun özünün baş rolu oynadığı “Günşdən yorulanlar-2” filmi İkinci Dünya müharibəsi zamanı diviziya komandiri Kotovun həyatından bəhs edir.

Rəna Nevzat
# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news