Çörçilin əsəri auksionda!

Çörçilin əsəri auksionda!
calendar 19 aprel 2011
clock 14:26
Sabiq baş nazir Uinston Çörçilin II Dünya müharibəsindən sonra çəkdiyi ilk rəsm əsəri satışa çıxarılacaq. “The Daily Telegraph” qəzetinin yazdığına görə, “Nivel çayında villa” adlı peyzaj 300 min funt sterlinqdən başlayan qiymətlə auksiona qoyulacaq.
Çörçil bu peyzajı 1945-ci ilin iyun ayında kanadalı general Raymon Brütinelin evində çəkib. Müharibə dövründə diplomat yalnızca bir əsər çəkməyə müvəffəq olub.
Qeyd edək ki, Çörçilin rəsm əsərləri həmişə auksionlarda yüksək marağa səbəb olub. 40 yaşından sonra rəssamlıqla məşğul olan diplomatın “Tinherirə baxış” adlı əsəri 2006-ci ildə 1 milyon 12 min dollara satılıb. Öz Çartuel adlı evini canladırdığı əsəri isə 2007-ci ildə 2 milyon dollara alıcı tapıb.
1946-cı ildəki müsahibələrinin birində ingilis siyasətçi özünü rəssamlıqla məşğul olarkən çox rahat hiss etdiyini deyib. Bildirək ki, Çörçil ədəbiyyatla da məşğul olub və 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Günel Əsgərzadə
# 1716 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news