Şairlərin nədə ittiham olunduğu bilindi EKSKLÜZİV
İranda həbs olunan şairlər dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunur. Bu məlumatı Kulis.az saytına həbs olunan şairlərdən birinin-Şəhriyar Hacızadənin atası Hacı Mail verib.
Hacı Mail deyib ki, məhkəmədə bu ittahımın əsasız olduğu üzə çıxıb: “Şahid ifadələri dinlənildi, uşaqlar da öz sözlərini dedilər. Açıq-aydın görünürdü ki, bu ittihamın heç bir əsası yoxdur”.
Şairlərin vəziyyəti haqqında danışan Hacı Mail onlara işgəncə verilmədiyini söyləyib: “Şəhriyarla Fərid məhkəmədə dedilər ki, onlara məhbus kimi yox şair kimi baxıblar. Onlara heç bir işgəncə verilməyib. Özlərini pis hiss etmirlər. Ancaq yenə də təsəvvür edin, 3 aydır həbsdə yatan, qollarında qandal olan, Vətənindən, yaxınlarından uzaq düşən adam necə olar?”
Növbəti məhkəmənin bu ayın 14-də keçiriləcəyini söyləyən Hacı Mail ümidli danışıb: “Bizə çox yaxşı münasibət göstərdilər. Bundan başqa məhkəmənin gedişi məni ümidləndirib. Ola bilsin ki, uşaqlara 3 ay iş versinlər. Ümid edir və gözləyirik”.
Ağa Cəfərli

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024