Rejissor Ulduz Əliyevanın xatirəsi yad edilib

Rejissor Ulduz Əliyevanın xatirəsi yad edilib
calendar 18 oktyabr 2012
clock 17:10
Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Əməkdar İncəsənət Xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AzərTAc-a bildiriblər ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və rejissor, Xalq Artisti Cənnət Səlimova milli teatr sənətinin formalaşmasında və inkişaf etdirilməsində Ulduz Əliyevanın əvəzsiz xidmətlərindən, onun genişmiqyaslı rejissorluq fəaliyyətindən, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışıblar.

Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbirdə vaxtilə Ulduz Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Kiçik faciələr” (A.S.Puşkin) “Şirinbala bal yığır” (S.Qədirzadə), “Mənim nəğməkar bibim” (Ə.Əylisli), “Qaraca qız” (Süleyman Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib, “Təbəssüm” uşaq rəqs kollektivi, Əməkdar Artist Nərgiz Kərimova, Ulduz Əliyeva-Rəfilinin opera studiyasında tələbəsi olmuş müğənni İntiqam Kərimovun, Dövlət Musiqili Komediya Teatrının solisti Elvin Əliyevin, ADGTT-nın aktyoru İlham Əsədovun ifaları maraqla qarşılanıb.

1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, 50-dən artıq tamaşaya quruluş verilib.
# 1678 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news