Kann festivalı Misir və Tunis xalqına dəstək verir

Kann festivalı Misir və Tunis xalqına dəstək verir
calendar 2 may 2011
clock 12:52
Bu il Kann festivalı fransız rejissoru Kristof Onorenin “Sevgililər” (Les Bien-aimes) musiqli filmi ilə bağlanacaq.

Festivalın rəsmi saytının verdiyi xəbərə görə, filmdə Katrin Denev, Miloş Forman, Kiara Mastroyanni və başqaları rol alıblar.

Hadisələr tamaşaçıya 60-cı illər Praqasını, 80-ci illər Londonunu, 11 sentyabr hadisələrindən sonrakı dünyanı və müasir Parisi göstərəcək.

40 yaşlı Onore öz nəslinin məşhur rejissorlarından biridir.
2007-ci ildə onun Kann festivalında "Bütün mahnılar yalnız sevgi haqda” (Les chansons d amour) filmi nümayiş olunub.

Kann festivalının direktoru Jil Jakob onu da deyib ki, baş vermiş faciəli hadisə ilə bağlı Yaponiyaya həsr olunmuş özəl proqram hazırlanıb.

J.Jakobun sözlərinə görə, kinoforumda cəsarətlərinə ehtiram olaraq çətin zamanlarını yaşayan Tunis və Misir xalqı də yad ediləcək.
Misir festivalda xüsusi qonaq statusu alacaq.

Yeri gəlmişkən, Devid Kronenberq, Frensis Ford Koppola və Vonq Kar-vay kimi tanınmış rejissrolar filmlərini bitirə bilmədikləri üçün festivala qatılmayayıblar.


Rəna NEVZAT
# 1189 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news