Vahid Əziz niyə işığı söndürmək istəyir

Vahid Əziz niyə işığı söndürmək istəyir
calendar 21 iyun 2011
clock 16:00
“İlan balası” söhbəti

Gənc bir jurnalist Ramiz Rövşnlə müsahibə götürür. İlk sualı belə olur:

- Ramiz müəllim, siz “İlan balası” şerini hansı ilanın balasına yazmısınız?

Şair düşünmədən deyir:

- Çəhrayı ilanın balasına.

- Heç ilanın çəhrayısı da olur?

- Niyə olmur, kişinin “mavisi” ola bilir, ilanın çəhrayısı yox?

Yazıçı ilə oxucunun debatı

Yazıçı Hüseynbala Mirələmovla Fuad Qəhrəmanlı seçki öncəsi televiziyadakı debatda tutaşırlar. Mirələmov deyir:

- Ə, mən bu millət üçün “Xəcalət” boyda povest yazmışam, sən neynəmisən?

Fuad da söz altında qalmır:

- Mən də o povesti oxuyub xeyli xəcalət çəkmişəm...

İşsiz dar ağacı

Rüstəm Behrudi bir gün yenə dar ağacının yanından keçəndə həmişəki kimi ona salam verir. Bu mənzərəni hər gün görən armud ağacı dar ağacından soruşur:

- Bu kişi niyə hər gün burdan keçəndə sənə salam verir?

Dar ağacı armud ağacına deyir:

- Əşi, nə bilim, elə bilir mən hələ də vəzifə başındayam.

Əjdər Olun təəccübü

Şair Əjdər ol AzTV-də “Gülüstan” verilişini aparanda proqramların birinə şair Vahid Əzizi dəvət edir. Vahid Əziz o biri qonaqlardan tez gəlir və gözləmə otağında Əjdər Ol sözgəlişi ondan soruşur:

- Vahid müəllim, bu gün bizə hansı şerinizi oxuyacaqsınız?

- “Qoy işığı söndürüm”.

Əjdər ol təəccüblənir:

- Vahid müəllim, işığı niyə söndürürsünüz?

Qəşəmin telefonu

Qəşəm Nəcəfzadə özünə ilk mobil telefon alır. Tez kontur yükləyib kimə gəldi şeir oxuyur və konturları tezliklə tükənir. İkinci kartı yükləyir, bu da tez qurtarır. Ücüncünü yükləyir və şair Faiq Balabəyliyə zəng edib gileylənir:

- Faiq, təzə telefon almışam, ancaq xarab çıxıb. Deyəsən, konturu korpusa verir.

AYO-çuların cəzası

Dalbadal dörd-beş roman, üç-dörd pyes yazan “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli Anarın kabinetinə girib deyir:

- Anar müəllim, dünən təsadüfən AYO-çularla bir məclisə düşmüşdüm.

Anar tez qəlyanına bir qüllab vurub soruşur:

- Afərin, danış görək nə oldu?

- Onlara yenicə yazdığım “Balıq adam” romanımı başdan-ayağacan birnəfəsə oxudum.

- Düz eləmisən, onlara bu da azdı...
# 1616 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news