Balaca ifaçımız beynəlxalq mükafat aldı

Balaca ifaçımız beynəlxalq mükafat aldı
calendar 27 yanvar 2021
clock 12:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin violino ixtisası üzrə şagirdi Elmira Dadaşova dəfələrlə beynəlxalq və respublika miqyaslı müsabiqələrdə uğurla çıxış edərək laureat adını qazanıb.

İdarədən bildirilib ki, gənc ifaçı 2021-ci ilin ilk qələbə sevincini isə yanvar ayında Artima Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən Parisdə keçirilən “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində yaşından yuxarı qrupun proqramı ilə çıxış edərək qazanıb. Elmira bu çətin yarışmada 2-ci yerə layiq görülərək laureat adını alıb.

Müsabiqə proqramını Paris Ali Konservatoriyası və M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyasının professor heyətinin təmsil olunduğu münsiflər heyəti qiymətləndirib. Münsiflər balaca violinoçunun ifasının texniki kamilliyi, artistizmi və bədii-emosional ifadəliliyinin yaxşı səviyyədə olmasını vurğulayıblar. Münsiflər ifaçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə Elmiranın müəllimi, Əməkdar müəllim İlhamə Ağayevanı diplomla mükafatlandırıblar.

# 1715 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news