Elə gözəl yeriyirdi ki... – Oqtay Qorçudan qısa hekayə

Elə gözəl yeriyirdi ki... – Oqtay Qorçudan qısa hekayə
calendar 19 aprel 2020
clock 16:30

Kulis.az Oqtay Qorçunun “Gözəl” adlı qısa hekayəsini təqdim edir.

Yeriyəndə sağ ayağını çəksə də, elə yüngül yeriyirdi ki... Başdan-ayağa gözəl olan bu qumral saçlı gənc qızın uzun ayaqları heç vaxt bir-birini ötüb geridə qoymurdu, hər addımı o biri addımının ahənginə uyğun yol ölçürdü.

Təranənin qəşəng yerişi vardı. Aramla, hərdən də yerişinə naz qata-qata hər gün eyni yolla evdən işə gedib-gələrdi. Tələsməklə arası yox idi, az danışar, çox xəyala dalardı, amma dağınıq deyildi və vaxt dəqiqəsinə qədər ona dözüb sədaqətlə hər axşam qoruqçusuna çevrildiyi bu qızın evə dönüşünə şahidlik eləyərdi. Düz saat altı tamamda bloka çatar, iki dəqiqə sonra qapını döyərdi.

Çox gözəl idi. Elə gözəl idi ki, əgər bir gün hansısa həkimin vədinə aldanıb axsayan ayağının əməliyyat olunmasına razılaşsaydı, hətta deyilənlər həqiqətə çevrilib onu sevənləriylə birlikdə sevindirsəydi, bəlkə də dəyişib bambaşqa adam olardı Təranə.

O, özgələrin şikəstlik adlandırdığı, vücuda nöqsan sandığı bu anadangəlmə nisgildən – axsamaqdan qurtulsaydı, sözsüz ki, yerişinin gözəlliyi itərdi, uzun ayaqlarının düzgüsü pozulardı. Dəyişib olardı ayrı Təranə. Bəlkə, gözdən də düşərdi ağıllı, gözəl, şirindil qız.

Çoxunun arzuladığı bir qız idi deyə köhnə məhəllədə onu tanıyan bir kimsə bu qız barəsində danışanda dilinə şikəst, çolaq kəlməsini gətirməzdi. Adamlar Tanrıdan və Təranədən utanıb ar eləyərdilər. Bazar günündən savayı hər gün görürdülər onu. Həqiqətən də Allah bu qızı mükəmməl yaratmışdı. Elə gözəl yeriyirdi ki...

# 3209 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news