Nişanlı şəhidə şeir yazıldı – Mətn

Nişanlı şəhidə şeir yazıldı – Mətn
calendar 6 avqust 2021
clock 09:43

Bu şeiri xüsusi təyinatlı, kəşfiyyatçı, Şuşa fatehi, şəhid Kamil Məmmədova həsr edirəm. Kamil nişanlı idi, öz əlləri ilə bəzəyib getdiyi bəy otağına şəhid kimi qayıtdı. Bu vətənə zəfər sevinci yaşadan qəhrəmanlarımız, ruhunuz şad olsun. Bu şeirləri yazanda hər birinizin həyatı, döyüş yolu haqqında ətraflı oxuyuram, dəhşətə gəlirəm, çünki göstərdiyiniz igidlik tarixdir, sizlər tarix yazmısınız, bu vətən, bu millət üçün etdiklərinizə görə sadəcə bunu deyirəm: ruhunuz qarşısında baş əyirəm!

Elşad Barat

İgid kimi getmişdin,
İgid kimi qayıtdın,
Sən öz bəy otağına,
Şəhid kimi qayıtdın.

Qayıtdın savaşlardan,
Evinə-eşiyinə,
Qoy anan lay-lay desin,
O tabut-beşiyinə.

Şəhidin yeri bəlli,
Şəhidin taxtı bəlli,
Bəzənib bəy otağın,
Toyunun vaxtı bəlli.

Elə bil ki, toyundu,
Hamı yığışıb gəlib,
Gözlər bulağa dönüb,
Qəlblər alışıb gəlib.

Bir gecədə qar yağıb,
Ananın saçlarına,
Çıxıbdır qabağına,
Nişanlın qara geyib,
Gəlibdir otağına.

Sən də bəylik yerinə,
Bayrağı geyinmisən,
Vətənə bürünmüsən,
Torpağı geyinmisən.

Geyinmisən əyninə,
Qəhrəmanlıq libası,
Bayraq, vətən boydadır,
Şəhidliyin mənası.

Şəhidlər ölməzdilər, -
Hamının bir sözü var,
Şuşa qayalarında,
Ayağının izi var.

Sənin kimi oğullar,
Vətənə can dedilər,
93-də tökülən,
Qanlara qan dedilər.

Başımızın tacısız,
Nə qədər ki, varıq biz.
And olsun o Bayrağa.
Sizi unutmarıq biz.

No description available.

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news