Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel
calendar 17 sentyabr 2024
clock 11:00

Kulis.az Rahid Uluselin "Dalqabaq-Tarix" adlı qaravəllisini təqdim edir.

Şahın nökərinin oğlu oldu, adını qoydu – Şahqulu. Xanın nökərinin oğlu oldu, adını qoydu – Xanqulu. Bəyin nökərinin oğlu oldu, adını qoydu – Bəymalı.

Şahın, Xanın, Bəyin kənizləri bic doğdu, adlarını qoydular – Maqqulu. Şahqulular, Xanqulular, Bəymalılar, Maqqulular böyüdülər, dəkkəlləşdilər. Orda-burda tək-tük yetişən alp-pöhrələri yedilər, yekəldilər. Məmləkəti Şahquluxanaya çevirdilər.

Maqqulu Bəymalıya, Bəymalı Xanquluya, Xanqulu Şahquluya dırmaşa-dırmaşa getdi qabağa. Şaha, Xana, Bəyə etdikləri kimi, Çara, Canişinə, Pristava, Naçalnikə, Rəisə, Katibə, Şefə, Məmura ... üzüyuxarı bütün Rəyasətə Şahqululuq, Xanqululuq, Bəymalılıq, Maqqululuq etdilər. Bütün vəzifə-dəlmədeşikləri tutdular.

Tək-tək Alpları görüncə pıtraqlaşdılar, bizləndilər, nizələndilər.

Bütün kürsülərdə Şah yerinə Şahqulu, Xan yerinə Xanqulu, Bəy yerinə Bəymalı, Alp yerinə Maqqulu oldular. Tarixi sovurub, yerinə Dalqabaq yazdılar bu balqabaqlar.

Yan-yörələrinə özləri kimi şahquluları, xanquluları, bəymalıları, maqquluları yığdılar.

Mitinqlərə toplandılar, partiyalara basıldılar, klanlara dürtüldülər, bölündülər, tirələndilər, ora-bura təpildilər, dartıldılar (amma daranmadılar!) ... yenidən bir Axura bağlandılar, Sabirin “Tanrı buna şahid – quzu, keçiyik biz!..” şeirinə marş bəstələyib bir ağızdan komsomol-komsomol oxudular, yenidən səf-səf düzülüb seçkilərə getdilər – şahqulunun şahqulusuna, xanqulunun xanqulusuna, bəymalının bəymalısına, maqqulunun maqqulusuna səs verdilər – quqqulu-quqqulu.

Bu minvalla özlərinə Baş Şahqulu qayırdılar. Sevindilər, hurreyy dedilər, çalıb-çağırdılar, çəpik çaldılar. Oynadıqları həyat – Diringə.

# 1546 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news