Dilimi ağzımın boşluğuna sərmişəm - Güneydən şeirlər

Dilimi ağzımın boşluğuna sərmişəm - Güneydən şeirlər
calendar 27 avqust 2023
clock 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən Hadi Qaraçayın şeirlərini təqdim edir.

Görüntü

Dəniz dalğaları ilə
ağac yarpaqları ilə danışır.
Mən dilimi ağzımın boşluğuna sərmişəm, dincəlsin…
Yalan bazarına qız buraxmıram.
Bu an qum dilində
barmaqlarımla danışıram,
bax,
ovcumdan süzülən qumda sənin adın var.

***

Gözlərin

Qapılar açılacaq,
qapılar açılacaq.
Qapı başı bir məndil açılacaq günəşdən
umudu umsunanlarla
sevgini sevənlərlə bölüşəcəyik.
Zoğal ağacları qıpqırmızı
gilənarlar yetkin
yosun qoxusu...
Araz dumduru
və uçan bütün quşların qanadında sənin adın...
Söylə,
hansı dənizdə yuyunmuş sənin gözlərin bunca yaşıl?!

***

Xalı üstündə yazı

Günəşin ayıma,
suyun suyuma,
gecəm ulduzuna qarışıq ikən,
Gözlərin qanıma,
odun canıma
əllərin oduma alışıq ikən
Külümü yellərə necə verərsən?

İtburnu kolları bənək-bənəkkən
Baramam odlanıb çal kəpənəkkən
Ürəyim ürəyim ələk-vələkkən
Sən məni ellərə necə verərsən?

***

Ağ köyənəyini
çoxdan soyunmuş badamlıqlar.
Bahar
köçəməkdədir durnaların qatarında
…qız gədiyin aşaraq.
Və yay
qırmızı almaların qoxusunda gəlir, sevgilim,
Qərədüzdə.
Buğda sünbüllərin sarı səsində,
arazdan qalxan küləklə oynaşaraq...
Keçəcək,
bu yay da keçəcək.
Bitəcək sonbahar da.
Şirin heyvaların qoxusu,
sənin gözlədiyin yetişməyəcək.

***

Gözləri tanrı güzgüsü olanım,
gəl bu səhər.
Çiçək yuxusundan oyanmamış çiçəklər,
ot yuxusundan otlar.
Və tanrı yuxusundan oyanmamış tanrılar
qaçırım səni cənnətin yeddinci qapısından.
Mənə var, bayat qızı...
Oyanmamış yuxusundan günəş
keçirim səni yaşıl yamaclardan.
Durna gözlərin
yaşıl pərdəsinə bürünsün meşələrin.
Var, mənə var,
axşamların qızıl qaşlarından keçirim səni.
Və dənizlərin mavi örtüyündən...
Və ilğımların sarı işığından…
Sonra
cənnətin ilkin qonağını alqışlasınlar:
oyananda yuxusundan günəş,
çiçək yuxusundan çiçək,
ot yuxusundan otlar,
Tanrı yuxusundan tanrılar...
Və oyananda
küçənizdən keçən dəliqanlılar...

# 1934 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news