Kulis.az Xalq yazıçısı Kamal Abdullanın Nərmin Kamalın "Qarovulçunun oğlu" hekayəsi haqqında yazısını təqdim edir.
Nərmin Kamalın hekayəsi mənim ədəbi quluncumu sındırdı desəm, belə metaforaya görə məni qınamayın.
Hər cümləsi, hər abzası ilə xoşuma gəldi. Özünün hekayədə görünməməsi ilə yaddaşıma hopdu.
- Muğam və caz musiqisini sintez etmiş ilk bəstəkar – Tofiq Quliyev
- Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot
- Musiqili Teatr Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
Manerası, təhkiyə lakonikliyi, mətninin bədiilik potensialının lazımi qədərində və yerində (!) olması müəllifin yüksək sənətkarlıq zövqündən xəbər verir.
Mən özümə söz vermişdim ki, yalnız sirri olan mətnlərdən danışacağam. Buradaki sirr isə üzə çıxmaq üçün özünü xeyli gözlətdi.
Nə üçün qarovulçunun oğlu hekayənin sonunda oyuncaq dukanından ayı alır?!
Bax, bu münim üçün sirr kimi qaldı. Və yaxşı ki, bunun heç bir izahı olmadı.
Yadıma Heminqueyin “Qoca və dəniz"indəki balıqçı düşdü. Onun da yuxusunda məhz niyə şirləri görməsinin bir cavabı yox idi.
Ayılar, şirlər və dəvələr (redaktordan) insanların həyatına gəlirsə, bunun hökmən bir mənası olmalıdır.
Bu gün bizə cavabı olan suallardan daha çox cavabı olmayan suallar lazımdır.
Azərbaycan hekayə antologiyası yaranarsa, ora tam məsuliyyətlə düşə bilən hekayədir.