Özüm də Allahın möcüzəsi – Uşaq şeirləri

Özüm də Allahın möcüzəsi – Uşaq şeirləri
calendar 24 may 2022
clock 15:40

Kulis.az Mina Rəşidin yeni uşaq şeirlərini təqdim edir.

Nar

Cənnət meyvəsiyəm mən.

Başımda tacım da var.

Kim dost olsa mənimlə

Mikrobdan uzaq olar.

Xəstəliklərə qarşı

Mən bir qalxan kimiyəm.

Öskürəyin düşməni,

Zökəmin qənimiyəm!

Allahın möcüzəsi –

Bir dənəmdə yüz dənə.

Mən düşmənəm ürəkdə

Paxıllığa və kinə.

Ürək məlhəmi olub

Könüllərə nuram mən.

Uşaqlar, tanıdınız?

Mən naram ey, naram mən!

Üzüm

Salxım-salxım yetişib

Dənələrim ağ, qara.

Allahın hökmü ilə

Düzüldüm sıra-sıra.

Dadı-tamı başqadı

Mənimlə xörəklərin.

Mən dostuyam yaddaşın,

Saçların, böyrəklərin...

Zəifləyən gözlərin

Qulluğunda mən hazır.

İşdir, qızdırman olsa

Məni köməyə çağır!

Əncir

Cənnət meyvəsiyəm mən

Heç bilirsiniz kiməm?

Allahın möcüzəsi

Mən əncirəm, əncirəm.

Sümüklərin, dişlərin

Mənimlə möhkəm olar.

Ağıllı, həm güclüdür

Məni sevən uşaqlar.

Gör necə yupyumşaq,

Dadlıyam, şirəliyəm.

Qaraciyər, böyrəyə,

Ürəyə xeyirliyəm.

Öskürəyi kəsirəm,

Qızdırmanı salıram.

Mən qurumuş halımda

Daha güclü oluram!

Göyqurşağı

Al-əlvan rənglərimlə

Göyün yaraşığıyam.

Uşaqlar sevir məni

Mən bir göyqurşağıyam.

Hərdən görünürəm mən

Yeddi rəngli donumda.

Günəş şəfəqlərilə

Yağış görüşən anda.

De, hansı rəssam çəkər?

Heyrətlə baxır hamı.

Allahın əsəriyəm

Məndən gözəl de, hanı?

Arı

Sarı gülə bənzərəm,

Lalə kimi xalım var.

Min bir dərdin dərmanı

Dadlı, şirin balım var.

Gəzərəm, dolanaram

Bağçaları, bağları.

Aşaram qanadımla

Uca-uca dağları.

Ətirli çiçəklərin

Şirəsini çəkərəm.

Bir məlhəm hazırlayıb

Pətəyimə tökərəm.

Mühəndisəm, aşpazam...

Həmişə çalışaram.

Mən öz düşmənlərimlə

İynəmlə savaşaram.

Özümü öyməyim çox

Varmı bunun niyəsi?

Özüm də, pətəyim də,

Allahın möcüzəsi!

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news