Ayaz Salayevin 7 il gecikən filmi

Ayaz Salayevin  7 il gecikən filmi
calendar 14 yanvar 2015
clock 17:12

Rejissor Ayaz Salayevin 2008-ci ildən istehsalatda olan, “Ağ-qara gecələr” tammetrajlı bədii filmi nümayiş üçün hazırdır. Kulis.az-a filmi çoxdan bitirdiyini söyləyən rejissor premyeranın nə vaxt keçiriləcəyini bilmir:

“Filmlə bağlı heç bir problem yoxdur, sadəcə sifarişçi Mədəniyyət və Turizm Nazirliyi nə zaman təqdim edəcəyini özü planlaşdıracaq”.

Mədəniyyət və Turizm Nazirliyinin Milli Filmlərin İstehsalı sektorunun rəhbəri Aydın Hüseynov filmin istehsalının müəyyən dəyişikliklərə görə uzandığını söylədi: “Film ötən il qəbul olunub və bu ilin sonunadək təqdimatı keçiriləcək”.

Dövlət sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunan filmin ilk işçi adı “Ehram TV” idi və bir neçə il əvvəl bu filmin qadağalara və senzuraya məruz qalması haqqında xəbər yayılmışdı.

Fantastika elementləri olan "Ağ-qara gecələr" filminin əsas mövzusu məhəbbət üçbucağıdır.

“Ağ-qara gecələr”də əsas rollarda aktyorlar Fəxrəddin Manafov, Solmaz Süleymanova, Rasim Balayev və gürcüstanlı Levan Xurçiya çəkiliblər.

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news