Muxtar Manıyev vəfat etdi

Muxtar Manıyev vəfat etdi
calendar 22 dekabr 2016
clock 10:23

Xalq artisti Muxtar Maniyev vəfat edib. Bu barədə APA-ya C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya bildirib ki, M. Maniyev dekabrın 22-də, səhərə yaxın dünyasını dəyişib: “Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Tərə Pir məscidinə aparıblar”.

O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək:

“Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik”.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news