Böyük Britaniyanın səfiri BSU-da

Böyük Britaniyanın səfiri BSU-da
calendar 29 oktyabr 2013
clock 17:43
Yarandığı gündən bəri xarici ölkələrin səfirləri ilə Bakı Slavyan Universiteti tələbələrinin görüşünü təşkil edən “Səfir saatı” klubunun yeni tədris ilində ilk qonaqları Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri cənab İrfan Siddiq və “BBC World Service Trust”ın Layihə meneceri Elli Movard oldular. Tədbirdə universitetin rəhbər heyəti, müəllimlər və tələbələr iştirak etdilər. Görüşü giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvi prof. Kamal Abdullayev tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları auditoriyaya təqdim etdi

Azərbaycana səfir təyin olunandan sonra BSU-nun tələbələri qarşısında ilk dəfə çıxış edən səfir bu dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi və Böyük Britaniyanın xarici siyasətində ölkəmizin xüsusi bir çəkiyə malik olduğunu qeyd etdi. Ölkələrarası əməkdaşlıqdan söz açan səfir Böyük Britaniya ilə Azərbaycan arasında olan siyasi, iqtisadi, mədəni münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. Böyük Britaniyanın Azərbaycanın uzun müddət ərzində həm iqtisadi, həm də siyasi zəmində beynəlxalq əlaqələrini möhkəmləndirmək məqsədilə uğurlu addımlar atdığının şahidi olduğunu nəzərə çatdırdı. O, Azərbaycan haqqında gözəl təəsüratlarından danışdı. Cənab səfir xalqımızın çox zəngin mədəniyyətə malik olduğunu, Bakının həm qədim, həm də müasir şəhər kimi inkişaf etdiyini etdi qeyd etdi. O, Azərbaycanın bir sıra bölgələrinə səfər etdiyini və bu ölkəyə heyran olduğunu söylədi. Daha sonra səfir universitetimiz haqqında olan təəssüratlarından danışdı. BSU-nun tələbələrinin ingilis dilində dərin biliklərə malik olduqlarını təqdirəlayiq hal kimi qiymətləndirdi.

Görüşdə cənab səfir müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırdı. Prof. K. Abdullayev qonağa universitetimiz adından hədiyyə təqdim etdi. Sonda Cənab İrfan Siddiq BSU-nun “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirdi.
# 2358 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news