Qadınların cəmi 2 faizi seksualdır

Qadınların cəmi 2 faizi seksualdır
calendar 8 mart 2013
clock 09:00

“8 Mart” bayramı günü “Qadınlar həyatımızın ayrılmaz parçasıdır”-dır tipli ənənəvi cümlələri eşitməmək olmur. Kişilər bir-biri ilə sözləşmiş kimi, eyni şeyləri təkrar edir, eyni hədiyyələri verməkdən yorulmurlar. Bəs gəlin görək, “cənnət anaların ayaqları altındadır” dediyimiz qadınlar haqda nələri bilirik?

1. Kolorado ştatında yatmış qadını öpmək qadağandır.

2. Honq-Konqda qadın ona xəyanət edən ərini öldürmək haqqına sahibdir. Bir şərtlə ki, bunu yalın əllə, yəni heç bir vasitənin köməyi olmadan etsin.

3. İngilis alimlərin araşdırmasına görə, adsız barmağı qısa olan qadınlar idman oyunlarında daha çox uğur qazanırlar.

4. 20 milyondan çox qadının döşü sünidir. 250 min qadın isə döşlərini düzəltmək üçün cərrah bıçağı altına girib.

5. Sosioloqların araşdırmasına görə, qadınların 9 faizi özünü cəlbedici, 2 faizi isə seksual hesab edir. 43 faiz qadın təbii göründüyü, 24 faiz orta gözəlliyə sahib, qalanları isə “suyuşirin” olduqları fikrindədirlər.

6. Dünyanın ilk proqram təminatçısı qadındır. Bu, ingilis Ada Lavleys olub.

7. XII əsrdə alman kralı müharibə vəziyyəti ilə bağlı qadınlara istədikləri əşyaları götürərək şəhərdən çıxmaq icazəsi verib. Necə düşünürsünüz qadınlar şəhəri nə ilə tərk ediblər? Onlar ərlərini bellərində şəhərdən çıxarıblar.

8. Qadınların ürəyi kişilərə nisbətən 20 faiz balacadır.

9. Sosioloqlar iddia edir ki, Almaniyada 35 faiz, Amerikada 30 faiz, ümumən Avropada isə 59 faiz qadın ərindən çox maaş qazanır.

10. Qadınların əksəriyyəti seks vaxtı gözəl görünüb-görünmədiyini düşünür.

BMT-nin araşdırmalarına görə:

1. Dünyadakı işlərin 66 faizini qadınlar görür.

2. Buna baxmayaraq, dünyadakı ümumi gəlirin ancaq 10 faizinə sahibdirlər.

3. Dünyadakı xüsusi mülkiyyətin yalnızca 1 faizi qadınlara aiddir.

Göründüyü kimi, kişilər dünyadakı işlərin 34 faizi yerinə yetirsələr də, ümumi gəlirin 90 faizini, xüsusi mülkiyyətin 99 faizini mənimsəyirlər.

Digər statistik göstəricilər:

- Dünya üzrə qadınların təxminən 47 faizi ilk cinsi münasibətlərini təcavüzlə yaşayırlar.

- Qaçqınların 80 faizi qadınlar və uşaqlardan ibarətdir.

- Dünyada QİÇS xəstələrinin 51 faizi qadınlardır.

- Hər üç qadından biri döyülür, zorlanır, təcavüzə uğrayır.

- Qadın cinayət qurbanlarının 70%-i partnyorları tərəfindən öldürülür.

# 4996 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news