"Kann" film festivalı Trieri əfv etdi

"Kann" film festivalı Trieri əfv etdi
calendar 22 aprel 2013
clock 16:07

"Kann" film festivalının idarə heyəti rejissor Lars fon Trierin üzərindən “non qrata” statusunu götürüb. “Scren Daily”nin verdiyi xəbərə görə, festivalın bədii rəhbəri Tyerri Fremo L. Trieri həmişəlik “non qrata” elan etmədiklərini bildirib: “Bu ancaq 2011-ci il üçün keçərli idi”.

L. Trierin “Nimfoman qız” filmini izləmədiyini söyləyən T. Fremo film tamamlandıqdan sonra rejissorun filmi festivala göndərəcəyi təqdirdə bu məsələyə baxacaqlarını da qeyd edib.

L. Trierin “non qrata” elan olunması 2011-ci ildə Kannda “Melanxoliya” filminin nümayişi ərəfəsində baş verib.

Mətbuat konfransında Trier antisemit olmadığını, amma Adolf Hitlerə simpatiya bəslədiyini və müəyyən mənada özünü nasist hesab etdiyini söyləmişdi. L. Trier sonradan üzr istəyərək bunun zarafat olduğunu bildirmişdi. Lakin "Kann" İdarə heyəti rejissoru “non qrata” elan etmiş və fikirlərini kəskin pisləmişdi.

2011-ci ilin avqustunda Fransa məhkəməsi L. Trieri “nasist cinayətlərinə haqq qazandırmaqda” ittiham edərək haqqında cinayət işi açıb. Danimarka polisi tərəfindən dindirilən L. Trier haqqında işə 2011-ci ilin dekabrında xitam verilib.

Qeyd edək ki, sayca 66-cı dəfə təşkil olunacaq "Kann" film festivalı 2013-cü il 15-26 may arasında keçiriləcək. Festivalı Lurmanın “Möhtəşəm Qetsbi” filmi açacaq.

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news