İlyas Tapdıq xəstəxanaya yerləşdirilib

İlyas Tapdıq xəstəxanaya yerləşdirilib
calendar 13 iyun 2014
clock 19:34

Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdığın səhhətində problem yaranıb. APA-nın məlumatına görə, 80 yaşlı şair Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilib.

İ. Tapdığın ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.

Şair APA-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl ürəyində ağrılar başlayıb.

“Müalicə olunduqdan sonra evə buraxıldım. Ancaq iki gün əvvəl yenidən ağrılarım başladı. Srağagün yenidən xəstəxanaya müraciət etdim, reanimasiya şöbəsinə yerləşdirdilər. Bu gün səhər isə palataya köçürülmüşəm. Həkimlər yataq şəraitində 10 gün müalicə almalı olduğumu bildirirlər”, - deyə İ. Tapdıq vurğulayıb.

Şair əvvəllər ürəyindən şikayətlənmədiyini də bildirib: “Əvvəllər ürəyimdən şikayətim olmayıb. Lakin bu ilin yanvarında möhkəm soyuqlamışdım. Yaxşı müalicə olunmadığımdan yaşla əlaqədar bunun fəsadlarının ürəyində ağırlara səbəb olduğunu düşünürəm”.

O, xəstələndiyi barədə üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini məlumatlandırmağı lazım bilmədiyini də qeyd edib.

Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

# 1869 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news