Qara Qarayev musiqisi Amerika radiosunda

Qara Qarayev musiqisi Amerika radiosunda
calendar 17 yanvar 2018
clock 16:05

Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə töhfə olan maraqlı layihələrdən biri ABŞ-da reallaşacaq.

Bu barədə ABŞ-da yaşayan həmyerlimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq məlumat verib.

Onun sözlərinə görə, Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramının baş icraçısı Michael Baronun təşəbbüsü ilə yanvarın 21-də bu proqramda ilk dəfə olaraq Qara Qarayevin əsərləri səslənəcək.

Qeyd edək ki, radionun efirində Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rottendam şəhərindəki St.Laurens kilsəsində yazdırdığı “Qara Qarayev: orqan üçün köçürmələr” musiqi albomundan (CD) çıxarışlar səslənəcək. Bu çıxarışlar artıq radionun internet səhifəsində yerləşdirilib və musiqi həvəskarları tərəfindən hər zaman dinlənilə bilər.

Qara Qarayev musiqisinin orqan alətində ifası üçün köçürmələrin müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovadır. Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş disk ötən il fevral ayında ictimaiyyətə təqdim olunub. /azertag.az/

# 1175 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news