Qara Qarayevə həsr olunan kitab sərgisi

Qara Qarayevə həsr olunan kitab sərgisi
calendar 6 fevral 2018
clock 15:09

Fevralın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Unudulmaz bəstəkar Qara Qarayev” adlı kitab sərgisi açılıb.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq dahi bəstəkarın milli musiqi irsimizə dəyərli əsərlər bəxş etdiyini, sənətkarın 100 illik yubileyi haqqında Prezidentin Sərəncamına uyğun olaraq il ərzində keçiriləcək tədbirlərdən danışıb.

Qeyd edib ki, ötən ay ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin kitabxanasında olarkən amerikalılar ona bəstəkarın 1961-ci ildə I Beynəlxalq Los-Anceles musiqi festivalında böyük əks-səda doğuran çıxışını xatırladıblar. Direktor bu sözləri eşidərkən mədəniyyətimizi dünyanın hər yerində tanıdan xalqımızın bu cür nümayəndəsinin olması ilə bir daha fəxarət hissi keçirdiyini vurğulayıb. O, həmçinin kitabxana tərəfindən də elektron məlumat bazasının və biblioqrafik vəsaitin hazırlandığını, silsilə tədbirlərin keçiriləcəyini qeyd edib.

Daha sonra kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova sənətkarın çağdaş musiqi mədəniyyətimizin inkişafındakı, özünəməxsus dəyərli əsərləri ilə musiqimizin dünya səviyyəsində təbliğindəki misilsiz xidmətlərindən danışıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında söylədikləri fikirlər, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunub. /azertag.az/

# 1513 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news