Bakıda yeni kitab mağazasının açılışı olacaq

Bakıda yeni kitab mağazasının açılışı olacaq
calendar 20 dekabr 2013
clock 13:12

Dekabrın 21-də saat 11:00-dan 18:00-a qədər Bakıda "Zero" Kitab Evinin açılışı olacaq.

Paytaxtın mərkəzində yerləşən yeni kitab mağazasında yerli və dünya yazarlarının yüzlərlə çeşiddə kitabları oxucuların ixtiyarına veriləcək.

İstiqlaliyyət küçəsi 71 (M.Ə.Sabir Bağı ilə üzbəüz) ünvanında yerləşən "Zero" Kitab Evi "Zero" Nəşriyyatının açdığı ilk kitab mağazasıdır. Nəşriyyatın və mağazanın sahibi Zahir Əzəmətin verdiyi məlumata görə, Kitab Evində təkcə özlərinin istehsal etdikləri kitablar deyil, digər nəşriyyatların da kitabları satılacaq: "Biz kitab mağazamızda alıcılara daha keyfiyyətli xidmət göstərəcəyimizə söz veririk. Yerli yazarların kitablarına daha isti münasibət göstərəcək, alıcıları, oxucuları daha dolğun informasiya və tövsiyələrlə təmin edəcəyik. Mağazamızda hər həftə yeni kampaniyalar və görüşlər təşkil olunacaq. Buranı kitabsevərlərin, yazar və oxucuların sevimli ocağına çevirəcəyik".

Onu da əlavə edək ki, bazar günü isə saat 11:00-dan 18:00-a qədər balacalar üçün Kitab Bayramı təşkil olunacaq. Valideynlər və uşaqlara nəfis tərtibatda dərc olunan yüzlərlə çeşiddə və sərfəli qiymətlərlə uşaq kitabları təqdim olunacaq. Saat 13:-00-dan 15:00-a qədər isə Kitab Evində kitabları Şaxta Baba satacaq və uşaqlara maraqlı əyləncələr təqdim olunacaq.

# 1928 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news